Bank Of Baku

Aİ-nin enerji xərcləri Hörmüz boğazındakı vəziyyətə görə 90 milyard avro artıb

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen

© APA | Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen

# 16 sentyabr 2026 12:32 (UTC +04:00)

İran ətrafında münaqişə və Hörmüz boğazındakı vəziyyət səbəbindən Avropa İttifaqının idxal etdiyi qalıq yanacağa əlavə olaraq 90 milyard avro xərclənib.

APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bu gün Avropa Parlamentində çıxışı zamanı deyib.

“Münaqişənin Hörmüz boğazında başlamasından bəri idxal etdiyimiz qalıq yanacaq bizə əlavə olaraq 90 milyard avroya başa gəlib. Bununla belə, bir molekul belə əlavə enerji əldə etməmişik”, – Ursula fon der Lyayen bildirib.

Komissiya prezidenti Aİ ölkələrini əlçatan və yerli təmiz enerji istehsalının inkişafı üzrə səyləri ikiqat artırmağa çağırıb. O, bərpa olunan enerji mənbələri, atom enerjisi, biometan və digər texnologiyaları qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR