Göygöl rayonununda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 3 nəfər (qadın) 16.09.2026-cı il tarixində saat 10:20 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.
TƏBİB-dən APA-ya verilən xəbərə görə, müxtəlif bədən xəsarətləri alan şəxslərin vəziyyətləri orta ağır qiymətləndirilir.
Pasiyentlərin müayinə və müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir.
***
08:27
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Chevrolet” markalı minik avtomobili idarəetmədən çıxaraq yoldan kənara aşıb.
Qəza nəticəsində 3 nəfər – 2005-ci il təvəllüdlü A. Rzaxanova, 1994-cü il təvəllüdlü G. Quluzadə və 1991-ci il təvəllüdlü T. Babazadə xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.