Bank Of Baku

Gürcüstan DTX-nin yeni rəhbəri vəzifəsinə təsdiqlənib

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Tamaz Boraşvili

© APA | Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Tamaz Boraşvili

# 16 sentyabr 2026 12:31 (UTC +04:00)

Gürcüstan parlamenti Tamaz Boraşvilini ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri vəzifəsinə təsdiqləyib.

APA-nın yerli bürosu xəbər verir ki, 83 deputat onun namizədliyinin leyhinə səs verib.

Gürcüstan qanunvericiliyinə əsasən, DTX rəhbəri 6 illik müddətə təyin edilir.

Qeyd edək ki, Tamaz Boraşvili uzun illər DTX-nin Dövlət təhlükəsizliyi Departamentinin direktoru vəzifəsində çalışıb, 2025-ci ilin sentyabrından DTX rəhbərinin müavini postunu tutub.

Xatırladaq ki, Gürcüstan DTX-nin keçmiş rəhbəri Geka Geladze sentyabrın 14-də istefa verib. O, daxili işlər nazirinin müavini vəzifəsinə təyinat alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR