Bank Of Baku

Aİ-nin Rusiya yanacağına ödədiyi vəsait Ukraynaya etdiyi hərbi yardımdan 35 dəfə çoxdur

Aİ-nin Rusiya yanacağına ödədiyi vəsait Ukraynaya etdiyi hərbi yardımdan 35 dəfə çoxdur
# 06 aprel 2022 15:39 (UTC +04:00)

Ukraynada müharibə başlayandan Avropa İttifaqı (Aİ) Rusiyadan 35 milyard avro dəyərində yanacaq alıb.

APA xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Parlamentində çıxışı zamanı deyib.

O bildirib ki, Aİ bu müddətdə Ukraynaya cəmi 1 milyard avro dəyərində silah-sursat yardımı edib.

“Biz ukraynalılara özlərini müdafiə etmələri üçün yardım etməliyik. Biz Ukraynaya 1 milyard avro vermişik. Bu çox görünə bilər, lakin bu məbləği biz (Rusiya Prezidenti Vladimir – red.) Putinə bizə tədarük etdiyi enerjiyə görə hər gün ödəyirik. Bu gün biz kömür alışına son veririk, lakin bunun həmin məbləğdəki payı çox kiçikdir ”, - Borrell qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR