Bank Of Baku

Aİ qanunsuz miqrasiya ilə mübarizə üçün Tunisə 100 milyon avro ayırır

Aİ qanunsuz miqrasiya ilə mübarizə  üçün Tunisə 100 milyon avro ayırır
# 17 iyul 2023 08:08 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Tunisə sərhəd nəzarətinin və qeyri-qanuni miqrasiya ilə mübarizə ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün 100 milyon avro

ayıracaq.

APA xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Aİ ilə Tunis arasında imzalanan anlaşma memorandumundan sonra mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, bu məbləğ, həmçinin axtarış-xilasetmə əməliyyatları və sərhəd nəzarəti sahələrində tərəfdaşlığın dərinləşdirilməsi üçün istifadə olunacaq.

“Bu tədbirlər qanuni miqrasiyanı təşviq etmək səylərinin bir hissəsidir”, - deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR