Paşha Bank
Bank Of Baku

Ağdam və Xocavəndə daha 78 ailə köçürülüb, açarlar təqdim olunub - FOTO - YENİLƏNİB

Ağdam və Xocavəndə daha 78 ailə köçürülüb, açarlar təqdim olunub - FOTO  - YENİLƏNİB
# 30 oktyabr 2026 13:44 (UTC +04:00)

Oktyabrın 30-da Ağdam şəhərinə və Xocavənd rayonunun Quzeyxırman kəndinə növbəti köç olub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, köç karvanı ilə doğma yurdlarına çatan sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimi keçirilib.

Bu mərhələdə Ağdam şəhərinə köçürülən 70 ailə (238 nəfər), Xocavənd rayonunun Quzeyxırman kəndinə isə 8 ailə (34 nəfər) yerləşdirilib. Ümumilikdə 78 ailə, 272 nəfər doğma torpaqlarına qayıdıb.

Açarların təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Sakinlərə yeni mənzillərində rahat və firavan həyat arzulayıb, doğma yurdda məskunlaşmaları münasibətilə təbriklərini çatdırıblar.

***

06.29

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində Ağdam şəhərinə və Xocavənd rayonunun Quzeyxırman kəndinə növbəti köç həyata keçirilib.

APA xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 70 ailə – 238 nəfər, Xocavənd rayonunun Quzeyxırman kəndinə isə 8 ailə – 34 nəfər olmaqla, ümumilikdə 78 ailə – 272 nəfər doğma yurduna qayıdıb.

Köçürülənlər respublikanın müxtəlif ərazilərində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Doğma yurdlarına qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar torpaqların işğaldan azad edilməsində iştirak edən Azərbaycan Ordusunun hərbçilərinə minnətdarlıqlarını ifadə edib, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR