Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Rusiyanın Ukraynanın Kramatorsk şəhərində dəmiryolu stansiyasına raket zərbəsini pisləyib.
APA xəbər verir ki, Aİ rəsmiləri bu barədə "Twitter"də bildiriblər.
“Rusiyanın hücumunu artırdığı bölgədən mülki əhalinin evakuasiyasında istifadə olunan əsas stansiyalardan birinə Rusiyanın zərbə vurması dəhşətlidir”, - Şarl Mişel qeyd edib.
O vurğulayıb ki, daha çox addımlar atılmalıdır: “Aİ-dən Rusiyaya qarşı daha çox sanksiyalar tətbiq olunur və Ukraynaya daha çox silah göndərilir”.
Cozep Borrell də raket hücumunu şiddətlə qınayıb.
“Bu səhər Rusiya tərəfindən Kramatorskda dəmir yolu stansiyasına qarşı edilmiş, onlarla insanın ölümünə və xeyli sayda inansın yaralanmasına səbəb olan hücumu şiddətlə qınayıram. Bu, haqsız müharibədən qaçanların yollarını bağlamaq və insanların əzabına səbəb olmaq cəhdidir”, - Borell bildirib.
Qeyd edək ki, Ukrayna tərəfi Rusiyanın Kramatorskda qatar stansiyasına raket zərbəsi endirdiyini açıqlayıb, nəticədə 30-dan artıq şəxs həlak olub, 100-dən çox yaralı var.
Rusiya Müdafiə Nazirliyi bəyanat yayaraq bu hücumu təkzib edir.