Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların 13-cü paketinə onlarla Belarus və rus zabitini daxil etmək niyyətindədir.
APA-nın məlumatına görə, bu barədə “EUobserver” portalı adı açıqlanmayan avropalı diplomatlara istinadən məlumat yayıb.
Portalın məlumatına görə, Rusiyaya bəzi silah komponentləri əldə etməyə kömək edən Aİ-yə daxil olmayan bir neçə firma da sanksiyalar siyahısına salına bilər.