Paşha Bank
Bank Of Baku

Ermənistanın sabiq müdafiə naziri David Tonoyana qarşı yeni cinayət işi açılıb

Ermənistanın sabiq müdafiə naziri David Tonoyan

© APA | Ermənistanın sabiq müdafiə naziri David Tonoyan

# 25 noyabr 2026 15:51 (UTC +04:00)

Ermənistanın sabiq müdafiə naziri David Tonoyana qarşı daha bir cinayət işi üzrə ittiham irəli sürülüb.

Bu barədə “Armenia Today” nəşri məhkəmə-hüquq informasiya sistemi “Datalex”in məlumatlarına istinadən xəbər yayıb.

Məlumata görə, Tonoyan və Ermənistan Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin sabiq rəisi Norayr Yolçyan vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurlar. İttihama əsasən, bu əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olub. Yolçyanın Tonoyana həmin əməldə kömək etdiyi bildirilir.

Cinayət işi noyabrın 24-də məhkəməyə daxil olub və hakim Aram Qriqoryana həvalə edilib. Hər iki təqsirləndirilən şəxs barəsində ölkədən çıxış qadağası və girov qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Tonoyan 2021-ci ilin sentyabrında yararsız aviasiya sursatlarının alınması ilə bağlı başqa bir cinayət işi üzrə həbs edilmişdi. O, 2024-cü ilin avqustunda girov müqabilində azadlığa buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR