Paşha Bank
Bank Of Baku

Lukaşenko: Putinin iqamətgahına hücum Ukraynada demilitarizasiya zonasının yaradılması planını pozub

Belarus Prezidenti Aleksandr Lukaşenko

© APA | Belarus Prezidenti Aleksandr Lukaşenko

# 25 noyabr 2026 15:41 (UTC +04:00)

2025-ci ilin dekabrında Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına uzaqmənzilli kamikadze dronları ilə hücum etməsi Ukraynada demilitarizasiya zonasının yaradılması ilə bağlı planın pozulmasına səbəb olub.

Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Fransanın “Le Point” nəşrinə müsahibəsində danışıb.

O bildirib ki, həmin hadisədən sonra Putin Ukrayna tərəfinə, eləcə də Qərbə etibar etməyin mümkün olmadığı qənaətinə gəlib.

“Putin başa düşdü, bunu dəqiq bilirəm ki, burada ukraynalılara, başqa sözlə, Qərbə etibar etmək olmaz. Düşünmürəm ki, Zelenski Avropanın razılığı olmasaydı, Putinin iqamətgahına zərbə endirməyə cəsarət edərdi. Onun (Putinin – red.) fikri belədir”, – Lukaşenko deyib.

Belarus liderinin sözlərinə görə, hücum baş verməsəydi, müharibə təmas xətti boyunca dayandırıla və bundan sonra gələcək sərhədlərlə bağlı danışıqlar aparıla bilərdi.

“Bütün bunlar məhv edildi. Əgər bu hadisə baş verməsəydi, müharibə artıq təmas xətti boyunca dayandırıla bilərdi. Bundan sonra isə sərhədin haradan keçəcəyi və digər məsələlərlə bağlı danışıqları davam etdirmək mümkün olardı”, – o vurğulayıb.

Qeyd edək ki, 2025-ci il dekabrın sonunda Rusiya Ukraynanı Putinin iqamətgahına dron hücumu cəhdində ittiham etmişdi. Kiyev isə bu iddianı təkzib etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR