Bank Of Baku

Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının sürətləndirilməsinə qarşı çıxıb

Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının sürətləndirilməsinə qarşı çıxıb
# 26 iyun 2026 00:27 (UTC +04:00)

Macarıstan Ukraynanın Avropa İttifaqına qəbul prosesi üzrə növbəti danışıq mərhələlərinin tələsik açılmasına qarşı olduğunu bəyan edib.

APA xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Macar deyib.

O bildirib ki, Ukrayna yalnız ilk danışıq klasterinə başlayıb, lakin artıq digər istiqamətlər üzrə danışıqların açılması təklif edilir.

"Biz bunu məntiqsiz hesab edirik və Qərb standartlarına uyğun saymırıq. Mən hökumət başçısı olduğum müddətdə Macarıstan buna dəstək verməyəcək", - deyə Peter Macar vurğulayıb.

Baş nazir əlavə edib ki, bir sıra Aİ ölkələri də bu mövqeni bölüşür və hesab edirlər ki, namizəd ölkələrin üzvlüyü real nəticələrə əsaslanmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR