Bank Of Baku

Rusiya Kiyevə ballistik raketlərlə zərbə endirib

Rusiya Kiyevə ballistik raketlərlə zərbə endirib
# 26 iyun 2026 00:05 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələri Kiyevə ballistik raketlərlə zərbə endirib.

"Fokus.ua" saytının məlumatına görə, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, iyunun 25-i saat 20:53-də Kiyevdə hava həyəcanı elan edilib. Bundan bir neçə dəqiqə sonra paytaxtda bir neçə partlayış səsi eşidilib. İlkin məlumata görə, zərbələr Bryansk vilayətindən buraxılan "İskəndər" operativ-taktiki raket kompleksinin ballistik raketləri ilə endirilib.

Ukraynanın monitorinq kanalları partlayışların Kiyevin Darnitski və Holosiivski rayonlarında baş verdiyini bildirib. Məlumata görə, ilk hücum dalğasında 2-3 ballistik raketdən istifadə olunub.

Kiyev Vilayət Hərbi Administrasiyası və Kiyev Şəhər Hərbi Administrasiyası insidentlə bağlı hələlik rəsmi məlumat yaymayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR