Bank Of Baku

Aİ Ukraynanın enerji infrastrukturunun bərpası üçün 1 mlrd. avro ayırıb

Ursula von der Leyen

© APA | Ursula von der Leyen

# 25 oktyabr 2022 13:37 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Ukraynanın enerji infrastrukturunun bərpası üçün bir milyard avro təcili yardım ayırıb.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Ukraynanın bərpası ilə bağlı Berlində keçirilən beynəlxalq ekspertlərin konfransından sonra mətbuat brifinqində deyib.

"Rusiya mülki infrastrukturu hədəf alır, xüsusilə enerji infrastrukturunu. Hazırda biz bu infrastrukturu bərpa etmək üçün bir milyard avro humanitar yardım ayıraraq Ukrayna ilə birlikdə işləyirik. Biz Ukraynaya 400 elektrik generatoru vermişik və bu hamısı deyil", - Avropa Komissiyasının prezidenti qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR