Bank Of Baku

Aİ Ukraynaya 4,36 milyard avro köçürüb

Aİ Ukraynaya 4,36 milyard avro köçürüb
# 05 noyabr 2026 17:45 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Ukraynaya dövlət büdcəsinin ehtiyaclarının və təcili müdafiə tələbatlarının qarşılanması üçün 4,36 milyard avro vəsait köçürüb.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının 5 noyabr tarixli məlumatında bildirilib.

Vəsait 90 milyard avroluq “Ukraine Support Loan” kredit proqramı çərçivəsində ayrılıb. Məbləğin 3,7 milyard avrosu makromaliyyə yardımı, 658 milyon avrosu isə müdafiə ehtiyacları üçün nəzərdə tutulub.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, Rusiyanın davam edən hücumları fonunda Ukrayna müharibənin beşinci qışına hazırlaşır və Aİ-nin dəstəyi davam edir.

“Bu gün ayrılan 4,36 milyard avro ilə Ukraynaya əsas dövlət xidmətlərinin fəaliyyətini təmin etmək və təcili müdafiə ehtiyaclarını qarşılamaq üçün kömək edirik”, – o vurğulayıb.

Avropa Komissiyasının məlumatına görə, müdafiə üçün ayrılan 658 milyon avro pilotsuz uçuş aparatlarının, raketlərin, radarların, radioelektron mübarizə sistemlərinin və hava hücumundan müdafiə üçün sursatların alınmasına yönəldiləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR