Bank Of Baku

Aİ Ukraynaya kəşfiyyat peyki ilə dəstək olacaq

Aİ Ukraynaya kəşfiyyat peyki ilə dəstək olacaq
# 28 fevral 2022 19:23 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Madriddəki peyk mərkəzindən Ukraynada Rusiya qoşunlarının hərəkəti ilə bağlı kəşfiyyat məlumatları təqdim etməyi xahiş edib.

APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Ali Nümayəndəsi Cozep Borrell bildirib.

O deyib ki, Aİ ölkələri Kiyevə hərbi dəstəyini daha da artırmaqda qətiyyətlidir.

Borrelin sözlərinə görə, Aİ-nin Rusiyaya tətbiq etdiyi sanksiyalar Avropa üçün baha başa gələcək: “Ancaq biz bunun bədəlini ödəməyə hazır olmalıyıq, yoxsa gələcəkdə daha yüksək bədəl ödəməli olacağıq”.

Ali Nümayəndə vurğulayıb ki, Rusiya ilə münasibətlər bundan sonra ticarətlə müəyyən edilməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR