Bank Of Baku

Aİ və Ermənistan viza rejiminin sadələşdirilməsini müzakirə edəcək

Aİ və Ermənistan viza rejiminin sadələşdirilməsini müzakirə edəcək
# 09 fevral 2024 12:30 (UTC +04:00)

Avropa İttifaqı-Ermənistan Tərəfdaşlıq Şurasının iclası keçiriləcək.

APA xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, fevralın 13-də Brüsseldə baş tutacaq Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının beşinci iclasında ikitərəfli münasibətlər və siyasi məsələlərə toxunulacaq%

“Tərəflər Aİ-Ermənistan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin və Aİ-Ermənistan Tərəfdaşlıq Prioritetlərinin icra vəziyyəti, eləcə də daha iddialı Aİ-Ermənistan Tərəfdaşlıq Gündəliyinə doğru irəliləyiş imkanları barədə fikir mübadiləsi aparacaqlar. Onlar həmçinin siyasi dialoq və islahatlar, demokratiya, qanunun aliliyi və insan haqları, iqtisadi, ticarət və sektorlar üzrə əməkdaşlıq, o cümlədən miqrasiya, mobillik və viza liberallaşdırılması dialoqunun başlanması perspektivlərini müzakirə edəcəklər".

Qeyd olunub ki, iclasda siyasi məsələlər, o cümlədən regional məsələlər, xarici və təhlükəsizlik siyasəti ilə bağlı fikir mübadiləsi aparılacaq.

Tərəfdaşlıq Şurasının iclasına Aİ-nin Xarici işlər və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell, Ermənistan nümayəndə heyətinə isə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan rəhbərlik edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR