Türkiyə milli müdafiə naziri Hulusi Akar Böyük Britaniya müdafiə naziri Ben Vollas ilə görüşüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, görüş Brüsseldə NATO müdafiə nazirlərinin fövqəladə iclası çərçivəsində baş tutub.
Nazir Akar britaniyalı həmkarı ilə İkitərəfli, regional məsələləri və Ukraynada baş verən hadisələri müzakirə edib.