Bank Of Baku

Akar fransalı həmkarı ilə Ukraynadakı vəziyyəti müzakirə edib - FOTO

Akar fransalı həmkarı ilə Ukraynadakı vəziyyəti müzakirə edib  - FOTO
# 16 mart 2022 22:23 (UTC +04:00)

Türkiyə milli müdafiə naziri Hulusi Akar Fransa müdafiə naziri Florens Parly ilə görüşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, görüş Brüsseldə NATO müdafiə nazirlərinin fövqəladə iclası çərçivəsində baş tutub.

Nazir Akar fransalı həmkarı ilə ikitərəfli, regional müdafiə və təhlükəsizlik məsələləri, xüsusilə Ukraynada baş verənlər ətrafında fikir mübadiləsi aparıb.

Türkiyəli nazir müdafiə sənayesində ölkəsinə qarşı tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR