Bank Of Baku

Akar: Moskvadakı dördtərəfli görüş regionda sülh və sabitliyə ciddi töhfələr verəcək

Hulusi Akar

© APA | Hulusi Akar

# 26 aprel 2023 10:43 (UTC +04:00)

Moskvada müsbət atmosferdə keçirilən dördtərəfli görüş gələcək fəaliyyətə, regionda sülh və sabitliyə ciddi töhfələr verəcək.

APA “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Nazir suriyalı məcburi köçkünlərin evlərinə qayıtması məqsədilə görülən işləri vurğulayıb: “Suriyalı qardaş və bacılarımızın könüllü olaraq evlərinə və torpaqlarına qayıtmasını təmin etməyi hədəfləyirik”.

“Biz terror bəlasından tez bir zamanda xilas olmaq, ölkəmizin, sərhədlərimizin, vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi, bölgəyə sülh, sabitlik və əmin-amanlıq gətirmək üçün çalışırıq”, - Akar əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR