Bank Of Baku

Almaniya BMT Təhlükəsizlik Şurasında islahat aparmağı təklif edib

Almaniya BMT Təhlükəsizlik Şurasında islahat aparmağı təklif edib
# 04 sentyabr 2023 22:30 (UTC +04:00)

BMT Təhlükəsizlik Şurası və Beynəlxalq Cinayət Məhkəməsində islahatlar aparılmalıdır.

APA xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.

“BMT Təhlükəsizlik Şurasını düşünün. Sonuncu dəfə 60 il əvvəl islahat aparılıb. O vaxtdan bəri nəinki vahid Almaniya yarandı, 60-a yaxın dövlət müstəqillik yolunu tutdu - Afrikada, Latın Amerikasında, Asiyada. Bu dövlətlər haqlı olaraq qərarların qəbulunda səs və danışıqlar masasında yer tələb edirlər”, – diplomat bildirib.

O, qeyd edib ki, beynəlxalq maliyyə institutları və səhiyyə orqanlarında da islahat aparılmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR