Almaniya Bundestaqının sədri Barbel Bas Kiyevə səfər etməyi planlaşıdırır.
APA "Der Spiegel"ə istinadən xəbər verir ki, bu barədə onun sözçüsü deyib.
"Bundestaqın sədri ukraynalı həmkarının dəvəti ilə İkinci Dünya müharibəsinin bütün qurbanlarının xatirəsini yad etmək və onunla siyasi danışıqlar aparmaq üçün Kiyevə getmək istəyir.
Belə səfərlər, həmçinin Ukrayna tərəfi və məsul təhlükəsizlik orqanları ilə diqqətli və intensiv koordinasiya tələb edir. Nəzərə alın ki, əlavə məlumat mümkün deyil. Səfər üçün daxili planlaşdırma aprel ayının əvvəlindən davam edir. Lakin daim dəyişən təhlükəsizlik vəziyyəti müşahidə edilməlidir", - o deyib.
Əgər səfər reallaşarsa, Barbel Bas müharibə başlayandan bəri Ukraynaya səfər edən ən yüksək rütbəli alman siyasətçi olacaq.
Qeyd edək ki, Ukraynada İkinci Dünya müharibəsinin ildönümü mayın 8-də keçirilir.