Bank Of Baku

Qonşusunu bıçaqlamaqda təqsirləndirilən müharibə iştirakçısı məhkəmə zalından azadlığa buraxılıb

Qonşusunu bıçaqlamaqda təqsirləndirilən müharibə iştirakçısı məhkəmə zalından azadlığa buraxılıb
# 06 noyabr 2026 12:29 (UTC +04:00)

Bakıda qonşusunu bıçaqlamaqda təqsirləndirilən Samir Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxsə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Məhkəmə zərərçəkmiş tərəfin şikayətinin olmadığını, təqsirləndirilən şəxsin 44 günlük Vətən müharibəsinin iştirakçısı olduğunu və qarşıdan Zəfər Gününün gəldiyini nəzərə alaraq, Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib. Onun cəzası 2 il sınaq müddəti müəyyən edilməklə, şərti hesab edilib.

Təqsirləndirilən Samir Hacıyev məhkəmə zalından azadlığa buraxılıb.

Hadisə bu il paytaxtın Nizami rayonunda baş verib. Təqsirləndirilən Samir Hacıyevlə qonşusu Rəşad Quliyev arasında mübahisə yaranıb. Mübahisə zamanı Samir Hacıyev Rəşad Quliyevi bıçaqlayıb.

Samir Hacıyevə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR