Almaniya hökuməti BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) 91 milyon avro ayırır.
APA "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın İnkişaf Nazirliyi bildirib.
Almaniya humanitar yardımı davam etdirsə də, HAMAS-ın İsrailə hücumunun ardınca oktyabrın 8-də Fələstin ərazilərinə inkişaf yardımını dayandırdığını elan edib.
İnkişaf Nazirliyi bu məsələ ilə bağlı araşdırmanın hələ tamamlamadığını, lakin BMT-nin Agentliyinə dəstək veriləcəyini bildirib. Qeyd olunub ki, UNRWA üçün artıq ayrılmış 71 milyon avronun üzərində məhdudiyyət qaldırılır və Agentliyə daha 20 milyon avro yeni maliyyə vəsaiti ayrılır.
İordaniyada UNRWA-nın rəhbəri ilə görüşdən sonra Almaniyanın inkişaf naziri Svenja Schulze tərəfindən elan edilən maliyyə dəstəyinin Qəzza zolağında məcburi köçkünlərə əsas xidmətlərin, xüsusən də içməli suyun verilməsinin davam etdirilməsinə və İordaniyadakı fələstinli qaçqınlara kömək üçün istifadə ediləcəyi bildirilir.