Almaniya kansleri Çinə səfər edib

Almaniya kansleri Çinə səfər edib
# 14 aprel 2024 07:40 (UTC +04:00)

Almaniya kansleri Olaf Şolts Çinə səfər edib.

APA xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Şolts kansler kimi ikinci dəfədir ki, Çinə səfər edir. Bundan əlavə, bu, Qərb liderinin 2024-cü ildə Çinə ilk səfəridir.

Almaniya kanslerini ətraf mühit, kənd təsərrüfatı və nəqliyyatd naziri müşayiət edir.

Nümayəndə heyətinə Almaniyanın aparıcı şirkətlərinin, xüsusilə "Siemens", BMW, "Mercedes-Benz" şirkətlərinin nümayəndələri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR