Bank Of Baku

Almaniya Kiyevə uzaqmənzilli raketlər göndərə bilər

Almaniya Kiyevə uzaqmənzilli raketlər göndərə bilər
# 07 avqust 2023 15:32 (UTC +04:00)

Almaniya hökuməti Ukraynaya hərbi yardım çərçivəsində “Taurus” uzaqmənzilli raketləri göndərə bilər.

APA xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının NATO Parlament Assambleyasındakı Daimi Nümayəndəliyinin sədri Yeqor Çernev “Facebook”da bildirib.

O qeyd edib ki, Bundestaqda təmsil olunan əsas fraksiyalar “Taurus” uzaqmənzilli raketlərinin Ukraynaya verilməsi ilə bağlı razılıq veriblər.

Əldə olunmuş konsensusun ciddi addım olduğunu vurğulayan deputat qeyd edib ki, indi hökumətin bu məsələyə rəsmi razılığı lazımdır.

Qeyd edək ki, haqqında sözügedən bu raketlər 500 kilometr məsafəni vurur və Krımın cənub sahilləri də daxil olmaqla Rusiya ordusu tərəfindən işğal olunmuş bütün əraziləri əhatə edir.

Xatırladaq ki, bu il may ayının sonunda Ukrayna Almaniya hökumətinə “Taurus” qanadlı raketlərinin tədarükü ilə bağlı müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR