"Azərbaycan-Gürcüstan münasibətləri müxtəlif sahələrdə məsələlərin müsbət həllinə və hər iki ölkənin iqtisadi inkişafına töhfə verir".
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, hökumətlərarası komisisyamın iclasında əsas diqqət ticarət əlaqələrinin dərinləşdirilməsinə, enerji sektorunda əməkdaşlığın gücləndirilməsinə yönəlib.
"Xüsusilə elektrik enerjisi və qaz sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Nəqliyyat sektorunda əməkdaşlığa da geniş yer ayrılıb. Bu sahədə Gürcüstan və Azərbaycanın xüsusi rolu var. Hər iki ölkə Orta Dəhliz çərçivəsində nəqliyyat imkanlarının və regional nəqliyyat şəbəkəsinin inkişafına mühüm töhfə verir", - deyə Mariam Kvrivişvili əlavə edib.