Bank Of Baku

Almaniya Polşa, Çexiya və İsveçrə ilə sərhədlərdə nəzarəti gücləndirəcək

Almaniya Polşa, Çexiya və İsveçrə ilə sərhədlərdə nəzarəti gücləndirəcək
# 16 oktyabr 2023 16:07 (UTC +04:00)

Almaniya hökuməti Polşa, Çexiya və İsveçrə ilə sərhədlərdə stasionar nəzarət tətbiq etməyi planlaşdırır.

APA xəbər verir ki, Almaniyanın bu barədə “Welt” telekanalı məlumat yayıb.

Məlumata əsasən, federativ hökumət Avropa Komissiyasına Polşa, Çexiya və İsveçrə ilə sərhədlərdə stasionar nəzarət tətbiq etməyi planlaşdırdığını açıqlayıb. Almaniyanın daxili işlər naziri Nensi Fezer təfərrüatları müzakirə etmək üçün bu gün ərzində hər üç ölkədən olan həmkarları ilə görüşməyi planlaşdırır.

Qeyd edək ki, hazırda Almaniyada yalnız Avstriya ilə sərhəddə stasionar postlar fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR