Bank Of Baku

Bosniya və Herseqovinada Aİ-nin hərbi helikopteri qəzaya uğrayıb, 3 nəfər ölüb

Bosniya və Herseqovinada Aİ-nin hərbi helikopteri qəzaya uğrayıb, 3 nəfər ölüb
# 29 oktyabr 2026 20:54 (UTC +04:00)

Bosniya və Herseqovinada Avropa İttifaqının hərbi kontingentinə (EUFOR) məxsus helikopter qəzaya uğrayıb.

“Klix” portalının məlumatına görə, hadisə Brçko şəhəri yaxınlığında baş verib.

Qəza nəticəsində 3 nəfər həyatını itirib.

Bildirilib ki, hadisə zamanı mülki şəxslər xəsarət almayıb, infrastruktura ziyan dəyməyib.

Hadisə yerinə polis əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Ərazi mühasirəyə alınıb.

Qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR