Bank Of Baku

Almaniya Ukraynaya daha 3 HHM sistemi göndərəcək

Almaniya Ukraynaya daha 3 HHM sistemi göndərəcək
# 24 oktyabr 2022 16:04 (UTC +04:00)

Almaniya kansleri Olaf Şolts bəyan edib ki, ölkəsi yaxın vaxtlarda Ukraynaya əlavə 3 ədəd İRİS-T Hava Hücumundan Müdafiə (HHM) sistemi göndərəcək.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə kansler 5-ci Almaniya-Ukrayna forumunun açılışında bəyanat verib.

O, həmçinin qeyd edib ki, rəsmi Berlin ehtiyac olduğu müddət ərzində, həmkarları ilə birlikdə, Ukraynaya dəstək olacaq.

“Biz qəti şəkildə bu mübarizədə Ukraynanın tərəfindəyik və bu mübarizə həmçinin Avropada təhlükəsizliyin və sülhün uğrunda mübarizədir. Biz Ukraynanı siyasi, maliyyə, iqtisadi və humanitar cəhətdən, silah baxımından dəstəkləyəcəyik”, - kansler vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR