Bank Of Baku

Almaniya Ukraynaya kasetli bombaların göndərilməsinin əleyhinədir

Almaniya XİN başçısı Annalena Berbok

© APA | Almaniya XİN başçısı Annalena Berbok

# 07 iyul 2023 14:02 (UTC +04:00)

Almaniya Ukraynaya kasetli bombaların göndərilməsinin əleyhinədir.

APA "Guardian"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Vyanada keçirilən iqlim konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Almaniya XİN rəhbərindən Ukraynaya kasetli bombaların göndərilməsi ilə bağlı ABŞ rəsmilərinin sözlərini şərh etmək istənildikdə, "Mən medianın xəbərlərini izlədim. İştirakçı dövlətlər olaraq bizim üçün Osloda əldə olunan razılaşma etibarlıdır", - deyə bildirib.

Qeyd edək ki, 2008-ci ildə Osloda imzalanmış sənəd kasetli silah-sursatların istifadəsinin, yığılmasının, istehsalının və ötürülməsinin qadağan edilməsini ehtiva edir.

Xatırladaq ki, ötən gün ABŞ KİV-də ABŞ-ın tezliklə Ukraynaya kasetli silah-sursatların təhvil verilməsinə razılıq verə biləcəyi ilə bağlı xəbərlər yayılıb.

İyulun 7-də "Washington Post" qəzeti yazıb ki, ABŞ prezidenti Co Bayden Ukraynaya kaset bombalarının verilməsini təsdiqləyib. İddialara görə, onlar bu gün, Pentaqonun stoklarından bu silahların verilməsini elan edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR