Bank Of Baku

Almaniya Ukraynaya “Patriot” sistemləri göndərib

Almaniya Ukraynaya “Patriot” sistemləri göndərib
# 10 avqust 2023 01:14 (UTC +04:00)

Almaniya bu həftə Kiyevə “Patriot” zenit-raket kompleksi üçün iki buraxılış qurğusu, həmçinin “Bandvagn 206” yüksək keçidli avtomobillərini çatdırıb.

APA-nın “xəbərinə görə, bu barədə Almaniya Müdafiə Nazirliyinin saytında məlumat verilib

Almaniya rəsmilərinin bildirdiyinə görə, Almaniya Ukraynaya 10 ədəd “Bandvagn 206” yüksək keçidli avtomobili, 6705 tüstü şaşkası, partlayıcı qurğuların zərərsizləşdirilməsi üçün material, 5 sərhəd mühafizə maşını, dron, binokl və taktiki eynək göndərib.

Bundan əvvəl Almaniya hakimiyyətinin Kiyevə 25 ədəd Leopard 1A5 döyüş tankı göndərəcəyi bildirilirdi. Tanklar Ukraynaya daha əvvəl elan edilmiş müdafiə ləvazimatlarının tədarükünə əlavə olaraq göndəriləcək.

Həmçinin avqustun 5-də Almaniyanın kəşfiyyat PUA-larını Ukraynaya ötürdüyü məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR