Bank Of Baku

Almaniya Ukraynaya yeni sursat partiyası göndərib

Almaniya Ukraynaya yeni sursat partiyası göndərib
# 05 sentyabr 2023 14:11 (UTC +04:00)

Almaniya hökuməti Ukraynaya hərbi yardım çərçivəsində yeni istehsal olunmuş sursat partiyası göndərib.

APA xəbər verir ki, bu barədə alman müdafiə sənayesi şirkəti olan “Rheinmetall” tərəfindən dərc edilən press-relizdə məlumat verilib.

Qeyd olunub ki, “Gepard” özüyeriyən zenit qurğuları üçün xeyli sayda (on minlərlə) yeni istehsal sursat artıq Ukraynadadır.

Həmçinin əlavə olunub ki, bu sursatların Almaniyada yenidən istehsal edilməsinə səbəblərdən biri 50 ildən bundan əvvəl hazırlanmış mərmilərin artıq istismara yararsız olmasıdır.

Digər tərəfdən isə Braziliya və İsveçrə ordusunun arsenalında “Gepard” yer almasına baxmayaraq, bu ölkələr Kiyevə hərbi təchizatda iştirakdan imtina edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR