Bank Of Baku

Almaniya və Fransa 75 rus diplomatını ölkədən çıxarır - YENİLƏNİB

Almaniya və Fransa 75 rus diplomatını ölkədən çıxarır  - YENİLƏNİB
# 04 aprel 2022 22:17 (UTC +04:00)

Fransa Rusiyanın bir neçə diplomatını ölkədən xaric edəcək.

APA xəbər verir ki, bu barədə "France-Presse" Fransa XİN-dəki mənbəyə istinadən məlumat yayıb.

"Fransa fəaliyyətləri maraqlarımıza zidd olan çox sayda rus diplomatı ölkədən çıxaracaq", -mənbə bildirib.

Diplomatik mənbə bildirib ki, Fransa Rusiyanın 35 diplomatını xaric edəcək. Məqsəd Fransa və bütünlükdə Avropanın təhlükəsizliyini təim etməkdir.

***

21.03

Almaniya 40 rus diplomatı arzuolunmaz şəxs (persona non-qrata) elan edib.

APA-nın “Ria Novosti”yə istinadla xəbərinə görə, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok elan edib.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova rus diplomatların geri göndərilməsinə görə cavab tədbirləri görüləcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR