Bank Of Baku

Almaniya və Ukrayna XİN rəhbərləri Vilnüsdə görüşüb

Annalena Berbok, Dmitri Kuleba

© APA | Annalena Berbok, Dmitri Kuleba

# 12 iyul 2023 11:42 (UTC +04:00)

Almaniya xarici işlər naziri Annalena Berbok və Ukrayna xarici işlər naziri Dmitri Kuleba Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində görüşüblər.

APA xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı Kuleba "Twitter"də bildirib.

Onun sözlərinə görə, görüşdə sammitinin Avropa üçün nəticələri müzakirə olunub.

"Mən inteqrasiya aləti kimi NATO-Ukrayna Şurasının yaradılması və MAP-ı (Üzvlük üzrə Fəaliyyət Planı) aradan qaldıraraq praktiki yardımın artırılmasını alqışladım. Ukraynanın NATO-ya dəvəti məsələsində əminliyin olmadığını da qeyd etdim. Biz bu boşluğu doldurmaq üçün müttəfiqlərlə işləməyə davam edirik", - Kuleba bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR