Bank Of Baku

Almaniyada bıçaqlı insident zamanı 8 nəfər xəsarət alıb

Almaniyada bıçaqlı insident zamanı 8 nəfər xəsarət alıb
# 20 iyul 2026 06:20 (UTC +04:00)

Almaniyanın Bavariya əyalətində keçirilən tədbirdə baş verən bıçaqlı insident nəticəsində 8 nəfər xəsarət alıb.

Bu barədə DPA agentliyi polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Eqqlinq kommunasında baş verib. Hücum zamanı 16 yaşlı yeniyetmə qolundan ağır bıçaq xəsarəti alıb. Şübhəli hadisə yerindən qaçıb.

Təxminən 700 nəfərin iştirak etdiyi tədbirdə yaranan qarışıqlıq zamanı daha bir neçə nəfər də xəsarət alıb. Polis bir neçə şəxsi saxlayıb, hücumçunun axtarışları isə davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR