Bank Of Baku

Almaniyada iki polis əməkdaşı güllələnib

Almaniyada iki polis əməkdaşı güllələnib
# 31 yanvar 2022 11:43 (UTC +04:00)

Almaniyanın qərbində Kusel rayonunda iki polis əməkdaşı güllələnib.

APA-nın DW-yə istinadən verdiyi xəbərə görə, polis əməkdaşları post-patrul xidmətində olarkən güllələnib.

Aldıqları güllə yaralarından 29 yaşlı (kişi) və 24 yaşlı (qadın) polis əməkdaşları həlak olub.

Atışma səhər saat 04:20 radələrində Kreisstrasse 22 ünvanında baş verib.

Polisin yaydığı məlumatda bildirlib ki, hadisəni törədib qaçan cinayətkarların axtarışı davam edir. "Cinayətkar(lar)ın və istifadə etdikləri avtomobilin təsviri mövcud deyil. Onların qaçdığı istiqamət məlum deyil", polis bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR