Bank Of Baku

Almaniyada İranın Evin həbsxanasında baş verənlərlə bağlı aksiyalar keçirilib

Almaniyada İranın Evin həbsxanasında baş verənlərlə bağlı aksiyalar keçirilib
# 16 oktyabr 2022 11:43 (UTC +04:00)

Tehranın Evin həbsxanasında baş verən yanğından sonra dünən axşam Berlin və Almaniyanın bir sıra digər şəhərlərində İranda siyasi məhbuslarla həmrəylik nümayişləri keçirilib.

APA xəbər verir ki, bu barədə DPA agentliyi polisə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, bir qrup şəxs Xarici İşlər Nazirliyi və İranın Berlindəki səfirliyi qarşısında aksiya keçirmək üçün toplaşıb. Polis iştirakçıların dəqiq sayını açıqlamayıb. Etiraz aksiyaları dinc və sakit keçib.

Frankfurt və Hamburqda da şənbə günü axşam saatlarında bir neçə nəfər İranın Baş Konsulluğu qarşısında toplaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR