Almaniyada kritik infrastruktur üzərində dronların kütləvi uçuşları qeydə alınıb.
APA xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Dronlar universitet klinikasında, elektrik stansiyasında, yerli parlament binasında və Hamburq hava limanını yanacaqla təmin edən neftayırma zavodunun üzərində görülüb.
Almaniyanın Şlesviq-Holşteyn əyalətinin Kiel şəhəri və digər bölgələri üzərində keçən həftə müşahidə olunan pilotsuz uçuş aparatları kritik infrastruktur obyektlərini izləyə bilərdi.
APA xəbər verir ki, bu barədə “Spiegel” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin istinad etdiyi hesabat bir neçə NATO ölkəsinin hava məkanında Rusiya PUA-ları və təyyarələrinin fəaliyyətinin artması və naməlum hava vasitələrinin görünməsi fonunda yayılıb.
Məlumata görə, dronlar elektrik stansiyaları, universitet xəstəxanası, hərbi obyektlər və Şlesviq-Holşteyn əyalət hökumətinin rəsmi iqamətgahı üzərində uçub.
Daha iki kiçik dron ThyssenKrupp gəmiqayırma zavodu üzərində uçarkən müşahidə olunub.
Daha sonra onlar universitet xəstəxanası, sahil yaxınlığındakı elektrik stansiyası və Kiyl kanalı üzərində görünüb.
Bundan əlavə, böyük bir dron bir neçə kiçik dronun müşayiəti ilə Kiel Fyord üzərində müşahidə olunub. Bu qrup əyalət parlament binası üzərində uçub və sonra onların Hamburq hava limanını yanacaqla təmin edən əsas obyektlərdən biri olan Heide neft emalı zavodunu üzərindən uçduğu bildirilir.
Şlesviq-Holşteynin daxili işlər naziri Sabine Sütterlin-Vaack mümkün casusluq əməliyyatının araşdırıldığını təsdiqləyib, lakin əlavə təfərrüatlar verməyib.
Şübhəli dron fəaliyyəti Almaniyanın Sanitz şəhərində yerləşən Silahlı Qüvvələrin bazası və Rostock şəhərindəki Hərbi Dəniz Qüvvələrinin komandanlığının qərargahı üzərində də qeydə alınıb.
Alman polisi sentyabrın 29-da Rostock dəniz limanı yaxınlığında da dronlar aşkar edib. Hakimiyyət orqanlarının məlumatına görə, bunlar 2,5 kiloqramdan ağır olan böyük kvadrokopterlər olub və "koordinasiyalı və sinxron" şəkildə uçublar.