Almaniyada polislərə bıçaqla hücum edən İran əsilli şəxs öldürülüb

Almaniyada polislərə bıçaqla hücum edən İran əsilli şəxs öldürülüb
# 01 iyul 2024 05:58 (UTC +04:00)

Almaniyada hüquq-mühafizə orqanlarının əməkdaşları onlara bıçaqla hücum edən İran əsilli şəxsi zərərsizləşdiriblər.

APA “Bild” nəşrinə istinadən xəbər verir ki, hadisə Almaniyanın Lauf an der Peqnits şəhərində qatar stansiyası yaxınlığında baş verib.

Qeyd olunur ki, hücumdan əvvəl həmin şəxs avtomobildə olan polisləri təhqir etməyə və təxribat etməyə başlayıb, bundan sonra polislər bibər qazından istifadə ediblər.

Buna cavab olaraq kişi polisi bıçaqlamağa çalışsa da, qarın nahiyəsindən yaralanıb və hadisə yerində ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR