Bank Of Baku

Almaniyada postsovet ölkələrindən olan 7 İŞİD terrorçusu saxlanılıb

Almaniyada postsovet ölkələrindən olan 7 İŞİD terrorçusu saxlanılıb
# 06 iyul 2023 12:58 (UTC +04:00)

Almaniyada terror hücumu törətməyə hazırlaşa İŞİD terror qruplaşmasının 7 üzvü saxlanılıb.

APA “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, saxlanılan şəxslərdən birinin Türkmənistan, birinin Qırğızıstan, beşinin isə Tacikistan vətəndaşları olduğu bildirilib.

Məlumata görə, şübhəli şəxslər Rusiyanın Ukraynada müharibəyə başlamasından qısa müddət sonra Almaniyaya daxil olublar.

Qeyd olunub ki, şübhəlilərin məqsədi Almaniyada səs-küylü terror hücumları törətmək olub və hədəflərini müəyyənləşdirən qrup silah əldə etməyə çalışıb. Saxlanılan yeddi nəfərdən altısının 2022-ci ilin aprelindən bəri İŞİD üçün pul topladığı və dəfələrlə xaricə pul göndərdikləri bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR