Bank Of Baku

Almaniyada təyyarənin hava boşluğuna düşməsi nəticəsində 13 nəfər xəsarət alıb

Almaniyada təyyarənin hava boşluğuna düşməsi nəticəsində 13 nəfər xəsarət alıb
# 09 sentyabr 2019 21:22 (UTC +04:00)

Almaniyada “Eurowings” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin hava boşluğuna düşməsi nəticəsində azı 13 nəfər xəsarət alıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, “Airbus 319” tipli təyyarə İtaliyanın Lamesiya-Terme şəhərindən Berlinə uçurmuş. Teqel hava limanına enməzdən əvvəl təyyarə hava boşluğuna düşüb.

Nəticədə xəsarət alan sərnişinlərdən 6 nəfər müxtəlif dərəcəli travmalarla xəstəxanaya yerləşdirilib. Digər 7 nəfərə isə yerində tibbi yardım göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR