Bank Of Baku

Almaniyalı milyarderin göyərtəsində olduğu təyyarənin qalıqları tapılıb

Rayner Şaller

© APA | Rayner Şaller

# 23 oktyabr 2022 13:04 (UTC +04:00)

Almaniyada ən böyük fitnes-klublar şəbəkəsi olan "McFit"in təsisçisi, milyarder Rayner Şaller və ailə üzvlərinin olduğu təyyarənin qalıqları Kosta-Rika sahillərində tapılıb.

APA-nın xəbərinə görə, bu barədə “El Observador” nəşri Kosta-Rika İctimai Təhlükəsizlik Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 22-də Meksikadan Kosta-Rikaya uçan təyyarə radarlardan itib. Qəzaya pis hava şəraitinin səbəb olduğu ehtimal edilir.

Milyarderin şəxsi təyyarəsində sevgilisi Kristiana Şikorski, onların uşaqları Aron və Fin, eyni zamanda Markus Kurrek adlı bir şəxs də olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR