Hamburqda atışmada ölənlərin sayı artıb.
APA-nın Bild nəşrinə istinadla xəbərinə görə, atışmada 7 nəfər ölüb, 24 nəfər yaralanıb. Hadisə Yehova şahidləri dini icmasının yerli mərkəzində baş verib.
***
01.57
Almaniyanın Hamburq şəhərində atışma nəticəsində 6 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
APA-nın məlumatına görə, bu barədə “Hamburger Morgenpost” yazır.
Atəş yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) Alsterdorf şəhər ərazisində açılıb.
Atəş açanlar hadisə yerindən qaça biliblər.