Bank Of Baku

Almaniyanın müdafiə naziri: 2029-cu ildə Rusiya ilə müharibəyə hazır olmalıyıq

Almaniyanın müdafiə naziri Boris Pistorius

© APA | Almaniyanın müdafiə naziri Boris Pistorius

# 05 iyun 2024 17:47 (UTC +04:00)

“2029-cu ildə Rusiya ilə müharibəyə hazır olmalıyıq”.

APA-nın “Aussiedlerbote” portalına istinadən xəbərinə görə, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Bundestaqdakı çıxışında deyib.

O bildirib ki, bu məqsədlə ordunun döyüş hazırlığı səviyyəsi daha da yüksəldilməlidir.

Nazir həmçinin Almaniyada müddətli həqiqi hərbi xidmətin yenidən tətbiqini istisna etməyib:

“Regionda vəziyyətin daha da gərginləşməməsi üçün 2029-cu ildə müharibəyə hazır olmalıyıq. Bu məqsədə nail olmaq üçün həlledici məqam maliyyə resursları, müvafiq silah-sursat, eləcə də yüksək döyüş hazırlığı səviyyəsinə malik şəxsi heyətin olması vacibdir. Bu məqsədlə 2011-ci ildən ləğv edilən müddətli həqiqi hərbi xidmət yaxın vaxtlarda yenidən tətbiq oluna bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR