Ankaranın yüksək rütbəli polis zabitləri barədə həbs qərarı verilib

Ankaranın yüksək rütbəli polis zabitləri barədə həbs qərarı verilib
# 15 may 2024 16:57 (UTC +04:00)

Ankara polisinin rəis müavini Murat Çelik, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin müdiri Kerem Öner və onun müavini Şevket Demircan haqqında həbs qərarı çıxarılıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Ankara Baş Prokurorluğu məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl onlar Ayhan Bora Kaplan cinayət qruplaşmasının işi ilə bağlı iddialardan sonra vəzifələrindən müvəqqəti azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR