Almaniyanın xarici işlər naziri Annalena Berbok Avropa dövlətlərini Ukraynadan gələn kütləvi qaçqın axını ilə bağlı həmrəylik nümayiş etdirməyə çağırıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə o, Hannoverdə qaçqınların yerləşdirilməsi mərkəzinə səfəri zamanı bildirib.
“Daha çox insan gələcək. Biz onları Avropanın xarici sərhədi boyunca yaymalıyıq”,- deyə Berbok bildirib.
Eyni zamanda, o, bazar ertəsi Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşündə bu məsələni qaldıracağını vurğulayıb.
O, uşaqların, yeniyetmələrin, böyüklər və qocaların ehtiyac duyduqları müdafiəni vermək üçün Avropa ölkələrindən yaxın bir neçə həftə ərzində daha sıx birləşməyi xahiş edib.