Bank Of Baku

Antonio Koşta Paşinyanla Aİ-Ermənistan münasibətlərində “müsbət dinamikanı” müzakirə edib

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta

© APA | Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta

# 13 yanvar 2025 19:32 (UTC +04:00)

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə Aİ lideri “X”də paylaşım edib.

O, Nikol Paşinyanla Aİ-Ermənistan münasibətlərində “müsbət dinamikanı” müzakirə etdiklərini bildirib.

Eyni zamanda, Antonio Koşta Ermənistan lideri ilə söhbətində “Aİ-nin ortaq dəyərlərə əsaslanan tərəfdaşlığı daha da gücləndirmək və bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək öhdəliyini ifadə etdiyini” vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR