ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində Gürcüstan və Rusiya xarici işlər naziri arasında baş tutan görüşə münasibət bildirib.
APA-nın xəbərinə görə, ATƏT-in fəaliyyətdə olan sədri bu barədə "Twitter" səhifəsində yazıb.
"İsveçrə vasitəçiləri tərəfindən dəstəklənən Gürcüstan və Rusiya xarici işlər nazirləri arasında baş tutan bugünkü görüş vacibdir: Bu görüş konstruktiv dialoqun gərginliyi azalda biləcəyi və ATƏT regionunda bütün xalqların xeyrinə olan sabitliyi gücləndirə biləcəyinə ümidin olduğunu göstərir", - M.Layçak qeyd edib.
Qeyd edək ki, bu gün İsveçrə Xarici İşlər Nazirliyi (XİN) Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Gürcüstan Xarici İşlər naziri David Zalkaliani arasında keçirilmiş görüşlə bağlı bəyanat yayıb.