ATƏT sədri Bujar Osmani Tbilisiyə səfəri çərçivəsində Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə görüşüb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Bujar Osmani İliya Darçiaşvili ilə mətbuata birgə açıqlamasında səfərinin məqsədinin Gürcüstanla əməkdaşlığı gücləndirmək və hazırkı mürəkkəb dövrdə sülh və sabitliyi dəstəkləmək olduğunu bildirib.
O, vurğulayıb ki, Şimali Makedoniya ATƏT-ə sədrliyi müharibənin regiona geri qayıtdığı bir dövrdə təhvil alıb.
Əlavə edib ki, Rusiyanın Ukraynaya təcavüzü onilliklər boyunca sülh quruculuğu həyata keçirən təşkilatın əsaslarını, dəyərlərini və öhdəliklərini sarsıdıb.