"Biz Ukraynaya dəstəyimizi gücləndiririk."
APA-nın xəbərinə görə, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen mətbuat konfransında deyib.
"Aİ ilk dəfə olaraq hücuma məruz qalan ölkəyə silah və texnikanın alınmasını və çatdırılmasını maliyyələşdirəcək. Biz Kremlə qarşı sanksiyalarımızı gücləndiririk", - Avropa Komissiyasının prezidenti deyib.